Gürcüstanda hökumət qüvvələrinin ciddi müqavimətinə rəğmən etirazlar davam edir…

Gürcüstanda etirazlar davam edir. Səhər saat 6-ya olan məlumata görə, Tbilisidə hökumət qüvvələrinin ciddi müqavimətinə rəğmən 12 saatdır ardıcıl gedən etiraz aksiyası davam edir.

 

Moderator.az xəbər verir ki, bu barədə “Nikolay Levşits” telegram-kanalı məlumat yayıb.

 

Xüsusi təyinatlılar texnikanın köməyi ilə etirazçıların Rustaveli prospektində qurduqları barrikadaları dağıdıblar. Etirazçılar yenidən su şırnaqları və gözyaşardıcı qazla dağıdılır, lakin onlar yenidən geri qayıdırlar. Yolda maşınlar və zibil qutuları yanır. Polis prospektə bitişik küçələrdə kütləvi həbsləri davam etdirir.

 

50-yə yaxın etirazçı Melikişvili prospektində 20 polis maşınını geri dönməyə məcbur ediblər. Maşınlar mərkəzə doğru gedirmiş, lakin etirazçıları görəndə qəfil geri dönüb uzaqlaşıblar.

 

Xatırladaq ki, Gürcüstan müxalifəti Rusiyada qəbul olunmuş tipli xarici agentlər haqqında qanunun qəbuluna qarşıdır. Üçüncü gündür meydanlardan çəkilməyən etirazçılara Gürcüstan prezidenti Salome Zurabişvili də dəstək verib.

 

Sultan Laçın

Mənbə

Share: