Gürcüstanda qalmaqallı qanun qəbul edildi

Gürcüstan parlamenti qalmaqallı “xarici agentlər” haqqında qanun layihəsini ilk oxunuşda qəbul edib.

 

Modern.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə parlamentin sədri Şalva Papuaşvili məlumat verib.

 

76 deputat qanun layihəsinin lehinə, 13-ü əleyhinə səs verib. Vətəndaş cəmiyyəti nümayəndələri və müxalifət parlament önündə aksiyaya başlayıb.

 

Gürcüstandakı ABŞ səfirliyi bu günü “demokratiyanın qara günü” adlandırıb.

 

 Qeyd edək ki, qalmaqallı qanun layihəsi Gürcüstan parlamentində etirazlara səbəb olub. Qanun layihəsinə əsasən, gəlirlərinin 20 faizdən çoxunu xarici mənbələrdən əldə edən media subyektləri və qeyri-hökumət təşkilatları xarici təsir agentləri kimi qeydiyyatdan keçməli olacaqlar. 

 

Gürcüstan müxalifəti, prezident, ABŞ Dövlət Departamenti, Avropa İttifaqının Xarici Xidməti, Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı və BMT-nin Gürcüstandakı ofisi qanun layihəsini tənqid edib.

Mənbə

Share: