Həmsədrlər regiona səfər çərçivəsində Dağlıq Qarabağa da gələcəklər

ATƏT-in Minsk qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) may ayının sonunda regiona səfər edəcəklər.

ONA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan XİN-in sözçüsü Anna Naqdalyan bildirib.

Onun szölərinə görə, həmsədrlər İrəvan, Xankəndi və Bakıya səfər edəcəklər.

“Atılacaq növbəti addımlar bu görüşdə müzakirə olunacaq”, – deyə A. Naqdalyan bildirib.

Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov da həmsədrlərin bu ayın sonunda regiona səfərinin gözlənildiyini bildirib.

Share: