“Həmin poliklinikanın baş həkimi haqqında tədbir görülmədiyi üçün o, özbaşınalığını davam etdirir”

BAŞ HƏKİMİN “PRİNSİPİ”…

 

Qızım Şəhla Qoca nazirliklərin birində baş mütəxəssisdir. Uzun illərdir sümük zədələnməsi və bel yırtığından əziyyət çəkir. İşdə olarkən onu növbəti kəskin ağrı tutur, təcili yardım maşını gəlir, ona ağrıkəsici iynə vururlar, təcili yardım maşını ilə evə gətirirlər. Noyabrın 10–da ağrılar davam etdiyindən,  qızım qeydiyyatda olduğu Yasamal rayonundakı 19 saylı poliklinikaya çağırış zəngi vurur. Sahə həkimi Könül xanım onun vəziyyətinin ağır olduğunu bildiyindən, “birtəhər poliklinikaya gəl, səni olduğun vəziyyətdə görsünlər” deyir.

Qızım canını dişinə tutub poliklinikaya gedir, orada sinir xəstəlikləri həkimi Mehri xanıma müraciət edir. Mehri xanım qızıma bülleten açmaq üçün baş həkim Aytən Qurbanovadan içazə almaq lazım olduğunu bildirir. O, baş həkimin qəbulundan qayıdıb bildirir: “Aytən xanım dedi ki, heç zaman sənə bülleten verməyəcək!” Ətrafdakı həkimlərin hamısı təəccüb edirlər və bir-birinə sual verirlər ki, “bu nə deməkdir?!

 

Bilirsinizmi,  baş həkim  Aytən Qurbanova qızımla niyə “prinsip” aparır! Keçən il də belə özbaşınalıq etmişdi, mən “Moderator.az.”a tənqidi məqalə yazmışdım. Bakı Şəhər Səhiyyə Şöbəsi baş həkim haqqında tədbir görmədiyi üçün o, özbaşınalığını davam etdirir!  Hansı ki, yoxlama aparsalar görərlər ki, Aytən Qurbanovanın rəhbərlik etdiyi 19 saylı poliklinikada nə qədər qanunsuz bülleten verilib! Qanunsuz bülletenlər isə havayı verilmir! Qızımın ağrıları noyabrın 21-dək davam etmiş, o, fiziki müalicə həkiminə gedib-gəlmiş, müalicə almışdır. Noyabrın 21-işə çıxmışdır. Ö, məcbur olub iş yerinə ərizə yazaraq, öz hesabına evdə qaldığını bildirmişdir… Nəticədə onun az miqdarda aldığı əmək haqqından xeyli kəsilmişdir. İndi də kəskin ağrıları davam edir

 

Aytən Qurbanovaya zəng vurub,  niyə belə etdiyini soruşdum. Cavab verdi ki, “mən heç zaman sənin qızına bülleten verməyəcəyəm! Hara şikayət etsəniz, cavab verməyə hazıram!” 

 

Mən də Aytən Qurbanova, sizə deyirəm, belə hərəkətlərlə çox uzağa gedə bilməzsiniz! Ya işinizin məsuliyyətini başa düşün, ya da məsuliyyətinizi biz başa salarıq!.. Xəstə ilə prinsip aparmazlar!

 

Xeyrəddin QOCA, 

Milli Məclisin sabiq deputatı, yazıçı.

Mənbə

Share: