Hatayda 183 min mənzil və 15 min kənd evi tikməyi planlaşdırırıq

Mövcud vəziyyətə uyğun olaraq Hatayda 183 min mənzil və 15 min kənd evi tikməyi planlaşdırırıq.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hatayda sakinlər qarşısında çıxışı zamanı deyib.

Türkiyə Prezidenti qeyd edib ki, zəlzələ bölgəsində indiyədək 426 min çadır qurulub, iki ayda isə 100 min konteynerin quraşdırılması nəzərdə tutulur.(azərtac)

Mənbə

Share: