Hindistan 8,52 milyard dollar dəyərində silah alır

Hindistanın müdafiə naziri Rajnath Sinqhin sədrlik etdiyi Müdafiə Təchizat Şurası Silahlı Qüvvələrin bütün növləri üçün 705,84 milyard rupi (8,52 milyard ABŞ dolları – Red) dəyərində hərbi texnika və silahların alınmasını təsdiqləyib.

Bu barədə Hindistan Hərbi Departamentinin mətbuat xidməti məlumat yayıb.

Alınan silahların 98,9%-i Hindistan istehsalıdır.

Satınalmalara 307 ədəd yedəkli 155 mm-lik artilleriya sistemi, Hindistan-Rusiya birgə müəssisəsi olan “BrahMos Airspace” tərəfindən istehsal edilən 200 ədəd dənizdən buraxılan səsdən sürətli “BrahMos” qanadlı raketi, “Su-30MKI” qırıcıları və elektron döyüş təyyarələri üçün yüksək dəqiqlikli silahlar daxildir.

Mənbə

Share: