TDT yeni sinerji mərkəzinə çevrilir

“Türk İnvestisiya Fondunun yaradılması haqqında sazişin imzalanması Zirvə görüşümüzün real nailiyyətlərindən biri oldu”.

 

Modern.az xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşünün nəticələrinə dair mətbuat konfransında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

 

Onun sözlərinə görə, Fondun mərkəzi ofisi İstanbul şəhərində yerləşəcək: “Türk İnvestisiya Fondunun Türk dünyasında iqtisadi inteqrasiyaya töhfə verəcəyinə inanıram”.

 

Ərdoğan, həmçinin TDT-nin imkanlarının gücləndirilməli olduğunu bildirib: “Biz cari və gələcək çağırışlar qarşısında dayanıqlılığımızı artırmalıyıq”.

 

Türkiyə lideri onu da qeyd edib ki, TDT yeni səs və yeni bir sinerji mərkəzinə çevrilir.

Mənbə

Share: