Hindistan və Pakistan nüvə silahları barədə məlumat mübadiləsi həyata keçirib 

Hindistan və Pakistan nüvə silahları barədə məlumat mübadiləsi həyata keçirib.

 

Modern.az xəbər verir ki, bu barədə Hindistan Müdafiə Nazirliyi məlumat yayıb.

 

Mübadilə çərçivəsində ölkələr bir-birinə nüvə obyektlərinin siyahılarını, habelə qonşu ölkənin həbsdə olan vətəndaşlarının siyahılarını ötürüblər.

 

Siyahıların ötürülməsi diplomatik kanallar vasitəsilə həyata keçirilib.

 

Hindistan hazırda həbsdə olan 339 pakistanlı mülki məhbus və 95 pakistanlı balıqçının, Pakistan həbsdə olan hindistanlı və ya hindistanlı olduğu güman edilən 51 mülki məhbus və 654 balıqçının siyahısını yayımlayıb.

Mənbə

Share: