La-Manş boğazı ilə Britaniyaya gedən miqrantların sayı 60 faiz artıb

2022-ci ildə La-Manş boğazı ilə qanunsuz olaraq Böyük Britaniyaya 45,7 min miqrant gedib ki, bu da keçən illə müqayisədə 60% çoxdur.

 

Bu barədə “Sky News” telekanalı məlumat yayıb.

 

Rəsmi statistikaya görə, hakim Mühafizəkarlar Partiyasının qeyri-qanuni immiqrasiya ilə mübarizə aparacağına dair vədlərinə baxmayaraq, son 4 ildə La-Manş boğazını qanunsuz keçən mühacirlərin sayı artmaqdadır.

 

Belə ki, 2018-ci ildə 299 belə hal qeydə alınıbsa, 2021-ci ildə onların sayı artıq 28,5 min nəfər olub.

Mənbə

Share: