Daha bir ölkə öz peykini buraxmağı düşünür 

Küveyt ilk peykini yanvarın 3-də orbitə çıxarmağı planlaşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə Küveytin “Kuna” agentliyi məlumat yayıb.

 

Peyk ABŞ-ın Florida ştatındakı platformadan buraxılacaq. “Kuwait Sat-1” adlanan peyk orbitə buraxıldıqdan təxminən 4 saat 2 dəqiqə sonra, öz missiyasını yerinə yetirməzdən əvvəl yerüstü stansiyaya ilk siqnal göndərəcək.

 

Peyk yer kürəsinin ətrafında fırlanacaq və görüntüləri ekspert qrupu tərəfindən analiz üçün göndərən yüksək keyfiyyətli kameraya malikdir.

 

Akif İsmayılov 

Mənbə

Share: