“Kiyevdə qələbə paradını planlaşdırmaq hələ çox tezdir, amma Ukrayna bu müharibəni 2023-cü ildə udacaq…”

2023-cü ildə Ukraynada müharibə necə inkişaf edəcək? 

 

Birinci ssenari: “Rusiya qələbə qazanır, amma bu, ən az ehtimal ediləndir…”

 

İkinci ssenari: “Rusiya yüz minlərlə kişini səfərbər edir, lakin onları səmərəli döyüşçülərə çevirə bilmir…”

 

Üçüncü ssenari: “Bu, ən ümidverici, həm də ən təhlükəlisidir, Ukrayna Krıma nəzarəti ələ keçirmək əzmindədir, Putin nüvə silahı tətbiq edəcəyi barədə ultimatum irəli sürür…”

 

Ukraynada münaqişə ikinci təqvim ilinə qədəm qoyur. Tərəflər, görünür, nəticəsi bəlli olmayan uzunmüddətli mövqe müharibəsinə hazırlaşır. 

 

Burada nə həlledici əhəmiyyət kəsb edəcək:

 

Qərbin Ukraynaya yardımı, yoxsa Rusiya tərəfindən daha çox səfərbər edilənlərin hazırlığı? 

 

Qərbin yardımı Uktraynanın əkshücumda daha bir irəliləyiş edə biləcəyindən öncə bitməyəcəkmi?

 

Hansı daha güclü olacaq: öz ölkəsi uğrunda vuruşan ukraynalıların mənəvi ruhu, yoxsa Vladimir Putinin bu müharibədə məğlub ola bilməyəcəyini anlaması? 

 

Bu arada isə qışın ən ağır hissəsi, ehtimal ki, hələ qarşıdadır.

 

Moderator.az xəbər verir ki, bu barədə “Detaly” nəşri yazıb.

 

“The Economist” nəşri yeni ildə hadisələrin inkafının üç ssenarisini nəzərdən keçirir.

 

Birinci ssenari: Rusiya qələbə qazanır

 

Bu, demək olar ki, ən az ehtimal olunur, lakin onu hesabdan silmək olmaz.

 

Rusiya ordusu qış ayları ərzində cəbhə xəttini sabitləşdirəcək, eyni zamanda, yeni gələnlərdən yeni taborlar formalaşdıracaq. Bu arada isə ABŞ-da respublikaçılar Ukrayna üçün yardım və silahların yeni paketini bloklayır. 

 

Rusiyanın müdafiə sənayesi yarımkeçiricilər və xüsusi avadanlıq qıtlığı hiss edir, lakin yeni qüvvələrin təchiz edilməsi üçün kifayət qədər baza zirehli texnika ustehsal edir.

 

Yazda Rusiyanın yeni hissələr hücuma keçərək, aylarla davam edən hücum əməliyyatlarından yorulan Ukrayna qoşunlarını sıxışdırır. 

 

Rusuyanın pilotsuz uçuş aparatları Ukraynanın energetika və su ifrastrukturuna zərbələr endirməkdə davam edir. Yayın gəlişilə Ukrayna məğlub durumda olur.

 

Qərb ölkələri Ukraynaya Rusiyanın atəşin dayandırılması barədə təklifini qəbul etməyə çağırış edir. Prezident Vladimir Zelenskinin razılaşmaqdan savayı çıxış yolu qalmır. Növbəti aylarda, mümkündür ki, illərdə Rusiya Kiyevə yeni hücuma səylə hazırlaşır.

 

İkinci ssenari daha çox ehtimal olunandır: Rusiya yüz minlərlə kişini səfərbər edir, lakin onları səmərəli döyüşçülərə çevirə bilmir

 

Ən yaxşı təlimatçılar ön cəbhədədir. Təcrübəli zabitlər həlak olub və ya ezamiyyətə göndərilib. Yeni gələnlərdən ibarət zirehi texnikası olmayan və hücum üçün yararsız olan, lakin səngərləri doldura bilən və istehkamları quraşdıra bilən baza yüngül piyada bölmələri formalaşdırır.

 

Rusiya qoşunlarının Xersondan geri çəkilməsi Ukraynanın zəfəri olub, lakin sonucda o, Rusiyanı daha güclü hərbi vəziyyətə salıb, çünki çay onun sol cinahını qoruyur.

Ukraynanın irəliləməsi ləngiyir, Ukrayna qoşunları əldə edilən hər km üçün böyük itkilər verir.

 

“Vladimir Putin Ukraynanın özünün daha çox gücə malik qonşusunun hərəkətlərinin başqa ölkələrin əhəmiyyətli iştirakı olmadan passiv surətdə qəbul edəcəyinə bel bağlayıb. Bu ciddi yanlışlıq, deyəsən, sonu görünməyən uzunmüddətli münaqişəyə gətirib çıxarıb”, – bunu BBC-yə müsahibəsində London Kral kollecinin hərbi tədqiqatlar fakultəsindən Barbara Zançetta deyib”.  

 

“Qış çətin olacaq, çünki Rusiyanın Ukraynanın infrastrukturuna hücumları onsuz da zəifləmiş əhalinin mənəvi ruhunu sındırmağa cəhdlər olacaq. Lakin Ukraynanın dəyanəti heyrət doğurub. Onlar möhkəm dayanacaq. Müharibə elə hey davam edəcək”.

 

Döyüş meydanında müharibəni udmaq imkanı olmayan Putin bu müharibəni Ukraynanın iqtisadiyyatını məhv etmək, mülki infrastrukturuna zərbələr vurmaqla döyüş ruhunu sarsıtmaq və tərəfdaşlarını tükəndirmək üçün bir o qədər uzadacaq.

 

O, 2024-cü ilədək tab gətirmək niyyətindədir, çünki o, Donald Trampın yenidən Ağ evə sahib çıxmasına və Ukraynaya dəstəyə son qoyacağına ümid edir.

 

Lakin eyni zamanda Rusiyanın ictimai rəyi getdikcə müharibəyə daha çox neqativ münasibət sərgiləyir, Rusiyanın iqtisadiyyatı zəifləyir və Putin getdikcə daha həssas görünür.

 

Üçüncü ssenari ən ümidverici və, mümkündür ki, ən təhlükəlisidir.

 

Ukrayna təşəbbüsü və impulsu qoruyub saxlayır, ilk dəfə olaraq özünün “HIMARS” uzaq mənzilli raketlərini Krıma qədər olan məsafəyə yerləşdirir. Rusiyanın mövqeləri dağılır, Ukrayna tez bir zamanda şərqə doğru irəliləyir. Rusiyanın itkiıəri artıqca, yeni gələnlər döyüşməkdən imtina edir. 

 

Qərb ölkələri tələm-tələsik Ukraynaya yeni HHM sistemləri tədarük edir ki, Rusiyanın yüksək dəqiqli raketlərin sürətlə azalan arsenalına əsaslanan terror taktikasının təsirini zəiflətsin.

 

“Kiyevdə qələbə paradını planlaşdırmaq hələ çox tezdir, lakin bütün qüvvələr hazırda Ukraynanın tərəfindədir və mən şübhə etmirəm ki, onlar bu müharibəni, mümkündür ki, 2023-cü ildə udacaqlar”, – ABŞ-ın Avropada Quru Qoşunlarının sabiq komandanı Ben Xoces hesab edir.

 

“Qışda hər şey yavaş baş verəcək, lakin şübhə yoxdur ki, Ukrayna qüvvələri Böyük Britaniya,Kanada və Almaniyadan daxil olan qış avadanlığı sayəsində rusiyalılara nisbətən daha yaxşı öhdəsindən gələcək”.

 

“Mən hesab edirəm ki, 2023-cü ilin sonuna Krım tamamilə Ukraynanın nəzarətinə və suverenliyinə qayıdacaq, – Xoces əlavə edib, – hərçənd, mümkündür ki, elə bir saziş imzalanacaq ki, Rusiya Sevastopolda özünün hərbi-dəniz mövcudluğunu tədricən, mümkündür ki, müqavilənin Rusiyanın Krımı qanunsuz ilhaqından öncə mövcud olan qüvvədə olması müddətinin bitməsinədək (təxminın 2025-ci ilin sonunadək) azaltmağa imkan versin.

 

Krımın itirilməsi təhlülkəsi altında Putin ultimatum irəli sürür: ya dayanın, ya da biz nüvə silahı tətbiq edəcəyik. Ukraynanın qələbəsi yaxındadır. Lakin onun özündə daşıdığı risklər də həmçinin.

 

Müəllif: Aleksandra Appelberq

Mənbə

Share: