Hindistanda güclü partlayış – Ölənlər var 

Hindistanın Maharaştra ştatının Nasik rayonunda kimyəvi zavodda partlayış baş verib.

 

Modern.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində azı 2 nəfər ölüb, 17 nəfər yaralanıb.

 

Zavodda hələ bilinməyən səbəbdən kimyəvi maddələri qarışdıran qazan partlayıb. Yanğın və tüstü uzaqdan görünür.

 

Hazırda fabrikdən 19 nəfər xilas edilib, onlardan 17-si yerli klinikaya yerləşdirilib.

Mənbə

Share: