Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirilməsi 78 % yerinə yetirilib

Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirilməsi 78 % yerinə yetirilib.

Bunu  “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədrinin müşaviri Nazim Talıbov deyib.

N.Talıbovun sözlərinə görə, tikinti üzrə tərəqqi 38 % təşkil edir:

“Ox üzrə uzunluğu 110,4 km olan dəmir yolu xəttinin 60 metr enində minatəmizləmə işləri tamamlanıb, genişlənmələr tələb olunan yerlərdə minatəmizləmə işləri davam edir. Dəmir yolu xəttinin ox üzrə 55,4 km hissəsi (yan yollarla birlikdə 60 km) tamamlanıb və uzunölçülü relslərin 37,6 km-i quraşdırılıb”.

“Hazırda 62-72 km aralığında torpaq işləri və mühəndis qurğularının tikintisi işləri davam edir. Layihənin 2024-cü ildə yekunlaşdırılması nəzərdə tutulur. Bərdə-Ağdam dəmir yolu xəttinin layihələndirilməsi 90 % yerinə yetirilib, tikinti üzrə fiziki tərəqqi 66 % təşkil edir. Hazırda ox üzrə 47,1 km olan dəmir yolu xətti minalardan təmizlənib. Hazırda 39-cu və 47-ci km-lər arası ərazidə torpaq yatağı və mühəndis qurğularının tikintisi işləri aparılır. Layihənin 2023-cü ildə yekunlaşdırılması nəzərdə tutulur”, – ADY sədrinin müşaviri qeyd edib.

Mənbə

Share: