Husilər Səudiyyə Ərəbistanını hədələdilər

Husilər Səudiyyə Ərəbistanını hədələdilər

Krallıq üsyançılara qarşı təcavüz etdiyi təqdirdə  Səudiyyə Ərəbistanının neft obyektlərinə zərbə endiriləcək.

Millətin Səsi.az xəbər verir ki, Yəməndəki üsyançı “Ənsar Allah” (husilər) hərəkatının lideri Əbdül-Malik əl-Huti Ərəbistanı hədələyib.

“Əgər [Riyad] ölkəmizə qarşı təcavüzə cəlb olunarsa, Səudiyyənin bütün neft və həyati əhəmiyyətli obyektləri raketlərimiz və dronlarımız üçün hədəfə çevriləcək”, – deyə o bildirib.

Əl-Huti qarşıdurmanın asan olmayacağını qeyd edib və mümkün hücumların qarşısını almaq üçün “heç bir səyi əsirgəməyəcəyini” vəd edib. O, həmçinin Riyaddan Yəməndəki blokadaya və daxili işlərə müdaxiləyə son qoymağı tələb edib.

Qeyd edək ki, iyulun 13-də hutilər Səudiyyə Ərəbistanını Səna hava limanının uçuş-enmə zolağına endirilən zərbələrdə əli olmaqda ittiham edib və 2022-ci ilin yazından bəri qüvvədə olan gərginliyin azaldılması dövrünün başa çatdığını bəyan ediblər. Həmin gün üsyançılar dron və raketlərlə Səudiyyə Ərəbistanındakı Abha Beynəlxalq Hava Limanına zərbə endiriblər.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Krallığın cənubunda ballistik raketləri zərərsizləşdirdiyini açıqlayıb.

Share: