İbrahim Tatlısəsdən Türkiyədə keçirilən seçki ilə bağlı qəribə paylaşım: “Evlənirəm…”

Türkiyədə ötən gün yerli idarəetmə orqanlarına keçirilən seçkidən sonra məşhur sənətçi İbrahim Tatlısəsdən maraqlı paylaşım gəlib.

 

Ölkədə beş il ərzində vəzifə başında olacaq yerli idarəçilərin seçkisində ən maraqla gözlənilən İstanbuldakı nəticələr olub. Nəticələrə görə, CHP partiyasından namizəd və İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Ekrem İmamoğlu yenidən seçilib.

 

Seçkidən sonra “Instagram” hesabında paylaşım edən İbrahim Tatlısəs evlənəcəyini deyib.

 

“Seçkidə uduzdum və evlənirəm. Eşitmədik deməyin, bütün subaylara salam olsun. Evlənirəm”, – deyə o qeyd edib.

 

Mənbə: Haber Global

Mənbə

Share: