İlham Zəkiyev dünya çempionatında gümüş medal qazandı 

Kişilər arasında +90 kq J1 çəki dərəcəsində mübarizə aparan idmançımız Azərbaycan paracüdoçusu İlham Zəkiyev Bakıda keçirilən dünya çempionatında gümüş medal qazanıb.

 

Modern.az xəbər verir ki, o, finalda braziliyalı rəqibi A.Villiyam ilə qarşılaşıb.

 

Bununla millimizin Dünya Çempionatında qazandığı medalların sayı 4-ə çatıb (1 gümüş, 3 bürünc).

Mənbə

Share: