Son 24 saat ərzində İsrailin ölkənin cənubundakı Nəbatiyyə əyalətinə endirdiyi hava zərbələri nəticəsində azı dörd livanlı həlak olub.
Millətin Səsi.az xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyinin məlumat yayıb.
Nazirliyin “X” sosial şəbəkəsində dərc olunan hesabatında bildirilir ki, martın 2-də hərbi gərginlik başlayandan bəri həlak olan mülki şəxslərin ümumi sayı 4362-yə, yaralıların sayı isə 12 378-ə çatıb.
Səhiyyə Nazirliyinin qeyd etdiyi kimi, ötən gecə İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Kfar Rumman qəsəbəsindəki yaşayış binasına zərbə endirib. Dağıntıların təmizlənməsi zamanı uçmuş binanın qalıqları altından bir neçə həlak olmuş və yaralı şəxsin cəsədi çıxarılıb. Nazirlik bildirib ki, xilasetmə işləri davam edir və həlak olanların və yaralıların sayı arta bilər.


