Ermənistanın Baş naziri Nikol Paşinyanın yaxın gələcəkdə Moskvaya səfər etməsi barədə razılıq əldə edilib.
Millətin Səsi.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
“Paşinyanı Moskvaya dəvət edən Rusiya Prezidenti Vladimir Putin olub. Paşinyan dəvəti qəbul edib və tezliklə gələcəyini bildirib”, – deyə Peskov əlavə edib.
Peskov qeyd edib ki, səfərin dəqiq tarixi dövlət başçılarının iş qrafikləri nəzərə alınmaqla diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.


