İngiltərə Premyer Liqası: “Liverpul” “Everton”la heç-heçə edib

Futbol üzrə İngiltərə Premyer Liqasının VI turunda Mersisayd derbisi keçirilib.

“Everton” “Liverpul”u qəbul edib.

“Qudison Park” stadionundakı qarşılaşma qolsuz bərabərliklə başa çatıb. Meydan sahiblərinin heyətində Konor Koudi 69-cu dəqiqədə topu rəqib qapısından keçirsə də, oyundan kənar vəziyyət qeydə alınıb.

“Liverpul” hazırda 9 xalla 5-ci, “Everton” isə 4 xalla 14-cü pillədə qərarlaşıb.

Mənbə

Share: