Ukrayna limanından ərzaqla dolu daha bir gəmi yola düşüb

Ukrayna limanlarında əlverişsiz hava şəraiti ilə əlaqədar ərzaqla dolu 9 gəmi qalsa da, bu gün onlardan yalnız biri yola düşüb.

Milletinsesi.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin tviter səhifəsində məlumat verilib.

“Regionda əlverişsiz hava şəraiti ilə əlaqədar Ukrayna limanlarında 9 gəmi yola düşməyi gözləsə də, cəmi 1 gəmi limandan ayrılıb”, – məlumatda deyilir.

Daha əvvəl Ukraynanın “Yujnıy” dəniz ticarət limanının yüklərin emalını bərpa etdiyi bildirilmişdi.

Mənbə

Share: