İrəvanda əsgər anaları aksiya keçirir

Qarabağda xidmət edən erməni əsgərlərinin valideynləri Yerevanda növbəti etiraz askiyasına toplaşıb.

Milletinsesi.az Trend-ə istinadən bildirir ki, valideynlər Laçının yaxın günlərdə Azərbaycana qaytarılması ilə əlaqədar övladlarının tezliklə Ermənistana qaytarılmasını tələb edirlər.

Aksiya iştirakçıları tələblərinə cavab alanadək etirazları davam etdirəcəklərini bildiriblər.

Ötən gün etirazçılarla Baş nazir Nikol Paşinyan arasında keçirilmiş görüş zamanı o, valideynlərə noyabrın 30-dək gözləməyi tövsiyə edib.

Share: