
Ermənistanın paytaxtı İrəvanda elektrik stansiyasında baş vermiş partlayış nəticəsində çoxlu sayda yaralananlar olub.
Modern.az “Shamshyan.com”a istinadən xəbər verir ki, səhər saatlarında Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinə Şinanararneri küçəsində yerləşən yarımstansiyada partlayışın baş verdiyi, bir nəfərin olması barədə məlumat daxil olub.
Xilasedicilər gələnə qədər yerli sakinlər zərərçəkmişi yanıq mərkəzinə aparıblar.
Razmik A.-nın əlindən və üzündən yanıq xəsarətləri aldığı qeyd edilir.
İlkin məlumata görə, həmin şəxs “Selena Servis” MMC-nin işçisidir, yarımstansiya da şirkət tərəfindən idarə olunur.
Hadisə qısaqapanma nəticəsində baş verib.


