İran ABŞ-ın iddialarını təkzib etdi: Yalandır…

Səudiyyə Ərəbistanına edilən hücumların arxasında İranın dayanmasına dair ABŞ tərəfinin bəyanatları tamamilə yalandır.

Milletinsesi.az  xəbər verir ki, bu barədə İran XİN-dən bildirilib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının şərqində “Saudi Aramko” şirkətinə məxsus iki neft emalı zavoduna PUA ilə təşkil edilən hücum nəticəsində böyük yanğınlar baş verib.

ABŞ Dövlət katibi Mayk Pompeo Səudiyyə Ərəbistanının şərqindəki “Saudi Aramko” şirkətinə məxsus neft emalı zavodlarına təşkil edilən hücumda İranın əli olduğunu bildirib.

Share: