İran və Oman Hörmüz boğazından keçən gəmiçilik üçün yeni marşrutların yaradılması ilə bağlı razılaşma əldə etməyə yaxındır.
Milletinsesi.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə İran hakimiyyəti məlumat yayıb.
Bildirilib ki, dünyanın ən mühüm nəqliyyat marşrutlarından biri ətrafında müzakirə gərginliyin davam etdiyi bir vaxtda aparılır.
Qeyd edək ki, Tehran bundan əvvəl Hörmüz boğazından normal gəmiçilik fəaliyyətinin bərpası ilə bağlı şərtləri müzakirə etməyə hazır olduğunu açıqlamışdı. İran hakimiyyəti boğazdan keçidlərin açılmasını bir sıra tələblərin yerinə yetirilməsi və digər ölkələrlə razılaşmaların əldə olunması ilə əlaqələndirir.
Xatırladaq ki, Hörmüz boğazındakı vəziyyət dünya enerji bazarı üçün xüsusi əhəmiyyət daşıyır. Belə ki, beynəlxalq neft tədarükünün mühüm hissəsi bu marşrutdan keçir.
Müəllif: Adəm


