Moldova Rusiyadakı səfirini geri çağırdı

Moldova Rusiyadakı səfirini geri çağırdı

Moldova Xarici İşlər Nazirliyi ölkə ərazisinə PUA-düşməsi ilə əlaqədar olaraq, Rusiyadakı səfiri Lilian Dariyi məsləhətləşmələr üçün geri çağırıb.

Millətin Səsi.az xəbər verir ki, bu barədə Moldova XİN-dən məlumat verilib.

“Xarici İşlər Nazirliyi Stefanovod dairəsinin Kroçmaz rayonuna PUA-nın düşməsi və partlaması ilə nəticələnən hadisəni qətiyyətlə pisləyir”, – məlumatda qeyd olunub.

XİN hadisəni Moldova Respublikasının suverenliyinin və ərazi bütövlüyünün pozulması adlandırıb.

Share: