İran XİN: ABŞ-la birbaşa danışıqlar olmayıb

İranla ABŞ arasında heç bir rəsmi və açıq danışıq baş tutmayıb.

Bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Nasir Kənani bu gün keçirilən mətbuat konfransında bildirib.

Kənani qeyd edib ki, ABŞ və İran arasında rəsmi və birbaşa danışıqlar olmayıb, hər iki tərəf üçüncü ölkələr vasitəsilə danışıqlar aparır.

Onun sözlərinə görə, İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) fəaliyyətinin bərpasına dair danışıqlarda hər hansı müvəqqəti sazişin bağlanmasını İran tərəfi istisna edir: “Biz yalnız bütün tərəflərin JCPOA-ya qaytarılması variantını nəzərdən keçiririk”.

XİN sözçüsü qeyd edib ki, İran heç bir halda müvəqqəti sazişin bağlanmasını dəstəkləməyəcək və JCPOA-nın bərpası üçün İrana tətbiq olunmuş sanksiyalar aradan qaldırılmalıdır.

Mənbə

Share: