Rusiya məşhur təşkilatı arzuolunmaz elan etdi 

Rusiya “Transparency International” beynəlxalq qeyri-hökumət təşkilatı arzuolunmaz elan edib.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Baş Prokurorluğu məlumat yayıb.

 

Prokurorluq bildirib ki, baş qərargahı Berlində yerləşən və “rəhbərliyi xarici ölkələrin vətəndaşları tərəfindən həyata keçirilən” “Transparency International” təşkilatının fəaliyyəti arzuolunmaz elan edilir.

 

Təşkilat Rusiyada “Transparency International-R” adı altında fəaliyyət göstərir.

Mənbə

Share: