İranda icra edilən edamlar sayına görə yalnız Çindən geridədır: “Asılmağı gözləyərkən…”

“İranda üsyan səngiyir, amma qəzəb yoxa çıxmayıb…”

 

“Hal-hazırda təxminən 40 nəfər edam cəzasını gözləyir, bu, işgəncənin bir hissəsidir…”

 

“Rəcai Şəhr” həbsxanasında 1988-ci ildə yüzlərlə siyasi məhbus edam edilib…”

 

“Edam hökmlərinin çıxarılmasına cavabdeh olan hakimlərdən biri İranın indiki prezidenti İbrahim Rəisi olub, bu səbəbdən ona “Tehran qəssabı” ayaması verilib…”

 

“Bu həbsxanada güllələnmə məhbusla baş verəcək ən pis şey deyil…”

 

Edam və ya “Rəcai Şəhr” həbsxanasına düşmək qorxusu, deyəsən, öz məqsədinə çatıb və İranda etirazların miqyası azalıb. 2022-ci ilin birinci yarısında İranda 330 nəfər edam edilib, bu da 2021-ci ildəkindən 25 faiz çoxdur.

 

Moderator.az xəbər verir ki, bu barədə İsrailin nüfuzlu “Detaly” nəşri yazıb.

 

40 nəfər iranlının asılmaqla edam edilməsini gözlədiyi, etirazçıların bir çoxlarının kədərli ad çıxarmış məhşur “Rəcai Şəhr” həbsxanasına düşməyə ehtiyat etdikləri fonda son aylar İranın hər bir guşəsini sarsıdan etirazlar səngiməkdədir.

 

Əlirza Əkbəri əzablardan ötən həftənin sonunda qurtulub. İran hökumətinin məlumatına görə, o, Britaniya kəşfiyyatına casusluqda ittiham edib məhkum ediləndən sonra edam olunub. Onun ailəsi bəyan edib ki, Əkbərinin ikili-Britaniya və İran vətəndaşlığı olub və Məhəmməd Hatəminin prezidentliyi dönəmində 2001-ci ilədək İranın müdafiə nazirinin müavini olub, narkotiklərin təsiri altında o, dəhşətli işgəncələrə məruz qalıb, min saatlarla dindirilib, lakin onun məhkum edilməsinə əsas olan ittihamı etiraf etməyib.

 

Britaniya hökuməti isə edamı kəskin pisləməkdən, İranın baş prokuroruna qarşı sanksiyslar tətbiq etməkdən və bu işin cavabsız qalmayacağı barədə təhdiddən savayı heç nə edə bilməyib.

 

Lakin həqiqət ondan ibarətdir ki, Böyük Britaniya və Qərb hökumətlərinin reaksiyasının edam kampaniyalarının necə dayandıra biləcəyini anlamaq çətindir, çünki İranda icra edilən edamlar sayına görə yalnız Çindən geridədir.

 

Edam edilənlərin əksəriyyəti Əkbəri kimi və ya sentyabrda İranın “əxlaq polisi” tərəfindən kürd əsilli vətəndaşı Məhsə Əminənin döyülərək öldürüldükdən sonra həbs edilənlər kimi məşhur deyil. Onlardan dördü-Möhsün Şəkəri, Məhəmməd Mehdi Kərəmi, Seyid Məhəmməd Hüseyni və Məcidrza Rəhnavard artıq dekabr və yanvarda edam edilib.

 

Həbs olunanlardan etiraz aksiyasında iştiraka görə asılmağını gözləyənlərin sayı bəlli deyil, onlar müxtəlif dəyərləndirmələrə görə təxminən 40 nəfərdir. Onlardan biri doktor Həmid Qareh Həsənlidir, 53 yaşlı rentgenoloqdur, noyabrda həbs edilib və onun həyat yoldaşı Fərzanə nümayişdə iştirak edib, bu zaman İran İnqilabı Keşikçiləri Korpusunda təmsil olunan könüllü qüvvələri olan “Bəsic” milisi qətlə yetirilib.

 

Həsənli bir neçə gün ərzində dindirilib və işgəncə verilib, sonra ölüm cəzasına məkhum olunub. Xoşbəxtlikdən, İranın minlərə həkimi səfərbər olunaraq hökumətdən onun azad edilməsi və ya ölüm cəzasının ləğv edilməsini tələb edib. Onun dostları və tərəfdarları deyib ki, o, ehtiyacı olanlara yardım edib, kəndlərdə poliklinikaların tikintisinə vəsaitlər xərcləyib, xəstələri təmənnasız müalicə edib.

 

Burada beynəlxalq təzyiqin və ta erirazçıların impulsunun həlledici rol oynaması bəlli deyil. Lakin appelyasiya məhkəməsi “məhkəmə prosesində pozuntularla bağlı” hökmü ləğv edib və yeni məhkəmə tədqiqatı təyin edib. Həsənli hələ də edam təhlükəsindən qurtulmayıb, onun həyat yoldaşı isə 25 il müddətinə azadlıqdan məhrum edilib.

 

Hazırda edam gözləyən bir çox həbs olunanların keçirdiyi dəhşəti təsəvvür etmək mümkün deyil. Gözləmək işgəncənin bir hissəsidir. İki il öncə Zəhra İsmaili “Rəcai Şəhr” həbsxanasında Tehrandan qərbdə yerləşən Karac şəhərində edam üçün növbəyə dayanıb. Ondan öncə növbədə cəlladı gözləyən 16 nəfər olub.

 

İsmaili dəhşətli təzyiqə tab gətirməyərək ürək tutması keçirib və sırada olarkən dünyasını dəyişib. Lakin həbaxana işçiləri onun edam edilməsi mərasimindən imtina etməyib. Onlar cəsədi asıb və qəddar davranışına görə qətlə yetirmiş ərinin anasının kətili ayaqlarının altından çıxarmaq üçün bu mərasimi icra ediblər. Bu,

qətllərdə günahı olanların edamı zamanı adi “mərasim”dir.

 

Lakin prokurorluq qurbanların ailələrinə cinayətkarları bağışlamaq imkanı verir, beləliklə, onlara həyat bəxş edilir. Bu ay prokurorluq qurbanların ailələrinə 530 məktub göndərərək, qatillərin qohumları tərəfindən bağışlanılmaq təklif edilib. Əgər martın sonunadək bağışlanma olmazsa, cinayətkarlar edam ediləcək. 2022-ci ilin birinci yarısında 330 adam edam edilib, bu da 2021-ci ilə nisbətən 25 faiz çoxdur.

 

Edamların əksəriyyəti 3000 məhbus üçün nəzərdə tutulan “Rəcai Şəhr” həbsxanasında baş verir, lakin orada iki dəfə artıq məhbus saxlanılır. Həbsxana 10 bölmə, o cümlədən gənclər, təhlükəsizlik sahəsində törədilən cinayətlərə görə məhkum olunanlar, ölüm cəzasına məhkum olunanlar üçün bölmələr, habelə edamlar üçün istehza ilə “syut” adlanan (yüksək rahat mehmanxana nömrəsi) xüsusi zal mövcuddur.

 

1988-ci ildə bu həbsxanada yüzlərlə siyasi məhbus edam edilib. Hökmlərin çıxarılmasına cavabdeh olan hakimlərdən biri də İranın indiki prezidenti İbrahim Rəisi olub, ona “Tehran qəssabı” ayaması verilib. Qətliama həbsxana rəisi Həmid Nuri rəhbərlik edib. Bu yaxınlarda o, sığınacaq verilən İsveçdə xüsusi məhkəmədə mühakimə edilib.

 

“Amnesty İnternstional” və İranın hüquq müdafiə təşkilatının topladığı sübutlar həbsxanadakı şəraitin insanların saxlanılması üçün yararsız olduğunu sübut edib. Məhbuslar həbsxananın yanında qazılmış sisternlərdən çirkli və tərkibində təhlükəli maddələr olan su içir, nəticədə bağırsaq, göz və qara ciyər xəstəliklərinə yoluxur. Tibbi yardım almaq üçün bürokratik prosedurdan keçməlidir. Nəticədə çoxları həkimə müraciət etməyə macal tapmamış dünyalarını dəyişir.

 

Məhbuslar meyvə, tərəvəz, süd, süd məhsulları qəbul etmir, alabişən çörək və qaynadılmış paxla ilə qidalanır. “Bu həbsxanada müəyyən müddət keçirəndən sonra anlayırsan ki, səninlə baş verə biləcək ən pis şey güllələnmə deyil”, – bunu sabiq məhkumlardan biri deyib.

 

Edam və ya “Rəcai Şəhr” həbsxanasına düşmək qorxusu öz rolunu oynayıb, bir sıra şəhərlərdə nümayişçilər artıq şəhər meydanlarını zəbt etmir. Ona görə də rejim ölkədə sabitliyə təhlükə törədən daha bir hərəkatı yatırda bilib. Lakin gizli qəzəb yox olmayıb, iranlılar növbəti qəzəbin püskürməsini gözləyir.

 

Müəllif: Tsvi Barel, “HaArets”

Mənbə

Share: