Sabir Rüstəmxanlının hər görüşü haqqında bir kitab yazmaq olar. 80 ilini nə kitaba, nə də illərə sığdırmaq olar. Hələ kəşf olunmayan sözləri, davranışları, dünyaya baxışı, vətənə sevgisi, millətə qayğısı, istedadı, yazdığı və yaza bilmədiyi arzuları üçün əsrlər lazım olacaq.
Sabir Rüstəmxanlı bir tarixdir, araşdırdıqca yeni kəşflər edirsən..
Sabir Rüstəmxanlı bir poeziyadır, oxuduqca içindən çıxmaq istəmirsən..
Sabir Rüstəmxanlı bir məktəbdir, öyrəndikcə bitməsini istəmirsən.
Sabir Rüstəmxanlı gözəl insandır, sadiq dostdur, sevdikcə doymursan.
Sabir Rüstəmxanlı ideal atadır, dayıdır, əmidir, qardaşdır, dostdur, qohumdur..
Sabir Rüstəmxanlı ölkəsini layiqincə təmsil edən nümunəvi vətəndaşdır.
Sabir Rüstəmxanlı Azərbaycan ədəbiyyatı üçün canlı əfsanədir.
Sabir Rüstəmxanlı siyasətçidir, xalq şairidir,insan kimi əvəzsizdir.
Sabir Rüstəmxanlı heç vaxt ona uzanan əlləri boş qaytarmayıb, insanlar üçün ümid yeridir.
Dostayevski “Cinayət və Cəza” əsərində deyir ki, ən çətin anda gedəsi yerin olmaması bilirsinizmi nə deməkdir? Bilirsinizmi?!. Dəhşətdir.. Hər bir insanın ən çətin anında gedəsi yeri olmalıdır.
Siz yüzlərlə, bəlkə də, minlərlə insanın son gedəsi yeri olmusuz! Elə mənim də! O ümidlər sönməsin!
Birini deyim:
İki üç il bundan əvvəl axşamçağı mənə zəng gəldi. Lökbatan qəsəbəsindən tanımadığım bir kişi idi. Məndən yalvararaq kömək istəyirdi; qızını həbs eləmişilər, körpə uşağı evdə qalmışdı.
Ona bildirdim ki, vəkil tutsun.
Bir-iki gün sonra xanımı zəng vurdu, ağladı, xahiş elədi. Ona kömək edib. Fikirləşdim ki, mən gör nə boyda adamam ki, mənə zəng vurub, həbs olunmuş bir ananın “aç burax” eləməsini istəyirlər. Gördüm, əl çəkmir. Göndərdim Sabir bəyin yanına. Amma dedim Sabir bəy bilməsin, mən göndərmişəm. Sizə kömək eləsə, o kömək edər. Ondan başqa çarəsiz və kimsəsizlərə kömək edən birini görmədim.
Üstündən bir-iki ay keçəndən sonra yenə zəng gəldi:
-Tanıdız? Lökbatamdandı.
Fikirləşdim ki, İlahi, mən neyləyim, buna necə kömək edim?
-Buyurun, eşidirəm..
-Allah sizdən də, Sabir Rüstəmxanlıdan da razı olsun!
Necə sevinirdi, bir Allah şahiddir. Belə insanlar çox olub.
Mənə deyirlər, niyə o kişini bu qədər çox sevirsən?
Niyə axı sevməyim? Minlərlə problemi olan insanı heç vaxt boş qaytarmayan, istənilən zəngə cavab verən, istənilən vətəndaşın dərdinə şərik olan insanı necə sevməyəsən!!
Eşitdim, səhhətində problemlər var. Dualarımız sizinlədir. Allah sizi qorunsun! Çox insanın ümidisiniz, o ümidlər sönməsin! 80 yaşınız mübarək! Gün o gün olsun ki, 90, 100 yaşınızı sağlam qeyd edəsiniz!
Çox fikirləşdim ki, sizi necə təbrik edim? Nə qədər yazsam, yazılanlar arasında kiçik görünəcək. Nə hədiyyə alsam da ucuz olacaq. Ona görə ən səmimi arzularımı çatdırıram. Hər zaman yanınızdayam. Allah sizi bizə çox görməsin!
Talıb Əhədov


