İranda mühacirət dalğası – Ən çox bu ölkələrə gedirlər

 

İran əhalisi arasında mühacirət edənlərin sayında artım müşahidə edilir.

Millətin Səsi.az xəbər verir ki, bu barədə “Iran International” nəşri yazıb.

Bildirilir ki, İran əhalisi siyasi və iqtisadi qeyri-sabitlikdən xilas olmaq üçün ölkədən mühacirət edirlər.

Nəşrin məlumatına görə, İran əhalisinin ən çox mühacirət etdiyi ölkə Birləşmiş Ərəb Əmirlikləridir (BƏƏ). İrandan bu ölkəyə 450 min nəfər köçüb. ABŞ, Kanada, Almaniya və Böyük Britaniya da İran əhalisinin ən çox köç etdiyi ölkələr arasındadır.

İranlıların ən çox mühacirət etdiyi ölkələrdən biri də Türkiyədir. Bu ölkədə yaşayan iranlıların sayı son 7 ildə 5 dəfə artaraq 155 min nəfərə çatıb.

Bundan başqa, Oman İran əhalisinin yeni mühacirət istiqamətinə çevrilib. Xüsusilə tibb işçilərinin Omana köç etdiyi bildirilir. İrandan olan 30,000 həkim, tibb bacısı və feldşer Omana köç edib.

Məlumata görə, gənc əhali arasında miqrasiyanın əsas səbəbləri “nəyəsə təsir etmək imkanının olmaması”, “ölkədə lazımsızlıq hissi” və “gələcək üçün perspektivlərin olmaması”dır.

Mənbə

Share: