İrlandiyalı qadını 300 yaşlı piratın kabusu incidir

Şimali İrlandiya sakini Amanda Tiq bildirib ki, onu pirat ərinin kabusu öldürməyə çalışır. Amanda keçən il 300 yaşlı pirat Cekin kabusuna ərə getdiyini açıqlayıb.

The Sun-un verdiyi məlumata görə, xanım Tiq kabusla evləndikdən sonra özünü pis hiss etməyə başlayıb. Çünki, əri onun enerjisini çəkib alırmış. Bunun nəticəsində qadın absess və qaraciyər sirrozu xəstəliklərinə yaxalanıb.

Cekin kabusundan ayrıldıqdan sonra, o özünü yaxşı hiss etməyə başlayıb. İndi kabus əri ayrıldıqları üçün “qısqanclıq böhranı keçirir”və Amandanı öldürməklə hədələyir – Amanda belə düşünür.

45 yaşlı Amanda Tiq 2018-ci ilin yanvar ayında kabusla nişanlandığını elan etmişdi. İrlandiyada bu qəribə nikaha icazə verilmədiyi üçün qadın neytral sularda, gəmidə evlənməli olub. Cekin nikah andını isə medium səsləndirib.

Share: