İslamiada: Azərbaycanın 3 qılıncoynadanı yarımfinala yüksəlib

Azərbaycanın üç qılıncoynadanı Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında yarımfinala vəsiqə qazanıb.

Milletinsesi.az-ın məlumatına görə, qadın sablyaçıların fərdi yarışında Səbinə Kərimova, Palina Kaspiaroviç və Valeriya Bolşakova yarımfinala adlayıb.

Bolşakova finala gedən yolda Türkiyə təmsilçisi İrina Şçukla görüşəcək. Kərimova ilə Kaspiaroviç isə bir-birinə rəqib olub.

Yarımfinallar Bakı vaxtı ilə 18:20-də start götürəcək.

Mənbə

Share: