İspaniya Azərbaycana rəqib oldu

U-19 yığmamızın Avropa Çempionatının seçmə mərhələsində rəqibləri məlum olub.

Qol.az xəbər verir ki, 8-ci qrupda yer alan millimiz Lüksemburq, Belçika və İspaniya ilə yarışacaq.

Seçmə mərhələdə hər qrupdan iki komanda və yaxşı nəticəsi olan üçüncü yerin sahibi elit mərhələyə yüksələcək. Portuqaliya elit raunddan mübarizəyə qoşulacaq. Slovakiya isə ev sahibi kimi birbaşa 2022-ci ildə keçiriləcək final mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, turnirin matçları 30 avqust – 16 noyabrda keçiriləcək.

Əlavə edək ki, A millimiz DÇ-2022-nin seçmə mərhələsində, U-17 yığmamız isə Avropa çempionatının seçmə mərhələsində Lüksemburqla rəqib olub.

Share: