İsrail az vaxtda neçə əsgər və texnika səfərbər edə bilər…-“Defence Express”-ARAŞDIRMA

Xəbər verildiyi kimi, ötən şənbə günü  -oktyabrın 7-də İsrail “HƏMAS”-ın hücumuna görə ehtiyat qüvvələrini səfərbər etdi və bazar günü hökumət orduya tam fəaliyyət azadlığı verən 40-cı “Alef” bəndinə istinad edərək rəsmi olaraq müharibə vəziyyəti elan etdi. 

 

Moderator.az  məşhur “Defence Express” nəşrinə istinadla  İsrailin neçə əsgərini silah altına ala biləcəyini və ümumiyyətlə, dünyanın bu ən yaxşı ordularından birinin əsas parametrlərdə səfərbərlik imkanlarını araşdırıb.

 

Kadr potensialı

 

Nüfuzlu “The Military Balance 2023” məlumat mənbəyinin qeyd etdiyi kimi, İsrail Müdafiə Qüvvələrinin(“SAXAL”) quru qoşunları daimi əsasda 126 min nəfərlik şəxsi heyətdən ibarətdir. Onlar üç zirehli briqada, dörd mexanikləşdirilmiş briqada, iki yüngül briqada, üç artilleriya briqadası arasında bölünür. “SAXAL”da həmçinin bir hava-desant, mühəndis və əlahiddə kəşfiyyat briqadası var.

 

Həmin briqadalar birlikdə 400-dən çox “Merkava MkIV” tankı, 290-a yaxın “Namer” tipli ağır zirehli transportyor, 400-ə yaxın “Naqmachon” tipli ağır zirehli personal daşıyıcısı və 500 ədəd Amerikanın “M113 A2” versiyalı zirehli personal daşıyıcısı ilə silahlanıblar. Həmçinin xidmətdə qeyri-müəyyən sayda mühəndislik və dəstək maşınları var – “Namer” və “Puma”, “M88A1” və “M113 ARV”, “MAB”, “M48/60” və “MTU”.

 

 

“SAXAL”-ın şəxsi heyətinə “M109A” tipli 250 özüyeriyən artilleriya qurğuları(ÖAQ), 30 “M270”  YARS sistemi (“tırtıllı “Haymars”lar”), naməlum sayda 306 mm çaplı “IMI Lynx YARS, 81 mm çaplı 250 minaatan daxildir. Ordunun hava hücumundan müdafiə sistemlərinə naməlum sayda “FIM-92 Stinger” və “Machbet” sistemləri daxildir.

 

Səfərbərlik ehtiyatı

 

İsrail çox tez bir zamanda 9 zirehli, 8 mexanikləşdirilmiş, 16 yüngül piyada (“ərazi”), 4 hava-desant və 5 artilleriya briqadası, həmçinin 6 loqistik, maddi-texniki dəstək birləşməsi təşkil edəcək təxminən 400 mindən çox canlı ehtiyat qüvvəsini silahlandıra bilər.

 

Onlar üçün “SAXAL”-ın səfərbərlik anbarlarında təxminən 200 “Merkava MkIV” tankı və daha 700 əvvəlki nəsil “Merkava MkIII” tankı hazırlanıb. Həmçinin anbarda “Achzarit” tipli 100-ə yaxın ağır zirehli personal daşıyıcısı və artıq adı çəkilən “M113 A1/A2” versiyalı 5 mindən çox zirehli personal daşıyıcısı var.

 

Artilleriyaya gəlincə, israillilər ehtiyatda 30 ədəd “M109 A2” özüyeriyən, 36 ədəd 175 mm çaplı “M107” özüyeriyən silah və 36 ədəd 203 mm çaplı “M110” özüyeriyən silahı ehtiyatda saxlayırlar. Həmçinin İsrail yedəklənmiş artilleriyadan qurtulmayıb: anbarlarda 171 155 mm-lik müxtəlif tipli artilleriya sistemləri (“M-46”, “M-68/M-71” və “M-839p/M-845p”) hələ də saxlanılır. Anbarda müəyyən sayda çoxlu raket sistemləri də var: “18 M270 YARS”, 20 “LAR-290” və 50 “LAR-160”. minaatan – 1,6 mindən çox, o cümlədən 1,1 min 81 mm kalibrli, 650 120 mm kalibrli minaatan və “16 M-66” 160 mm çaplı minaatan.

 

Aviasiya, hava hücumundan müdafiə və raketlər…

 

İsrail Hərbi Hava Qüvvələrinin əsasını ukraynalıların arzuladığı “F-16” təyyarələri təşkil edir – cəmi 200 ədəd müxtəlif modifikasiya. “SAXAL”da  həmçinin 85 “F-15” yüngül qırıcı və 36 ən müasir “F-35I” qırıcısı var. Əsas nəqliyyat təyyarəsi müxtəlif modifikasiyalı “C-130”-dur – cəmi 18 ədəd.

 

Helikopter parkı daha kiçik, lakin daha müxtəlifdir: 43 “AH-64 Apache”, 39 “S-70A Black Hawk”, 25 “CH-53D Sea Stallion”, 10 “UH-60A Black Hawk” və 6 “Bell 206 Jet Ranger”.

 

İsrailin hava hücumundan müdafiəsi: uzun mənzilli – “M901 Patriot PAC-2” hava hücumundan müdafiə sistemləri (sayı açıqlanmayan), orta eşelon – David’s Sling (adsız miqdar), qısa mənzilli – 40 “Dəmir günbəz” batareyaları ilə təmin edilir. Həmçinin “24 Arrow 2/Arrow 3” raket əleyhinə sistemlər mövcuddur.

 

 

İsrail təxminən 24 “Jericho 2” ballistik raketi ilə silahlanmışdır və bu raketlər 1500 km-dən çox məsafəni vura bilər. Nəzəri olaraq, bunlar yüksək partlayıcı döyüş başlığına malik raketlərdir. Lakin bildiyiniz kimi, “İsrailin nüvə silahı olmasa da, lazım gələrsə, onlardan istifadə edə bilər”. Balistik raketlər bunun üçün mükəmməldir…

 

Tərcümə və təqdim etdi: 

S.Laçın

 

Mənbə

Share: