“Ya Putin, ya da heç kim…”

“Belə miqyaslı hadisədən bizə dost olmayan ölkələr, o cümlədən kollektiv Qərb istifadə edərək ölkə daxilində vəziyyəti laxlatmağa çalışacaq…”

“Rusiya müxalifəti seçkiləri qeyri-legitim hesab edərək onları boykot etməyə çağırış edib…”

Kadırov Rusiyada prezident seçkilərinin öz variantını səsləndirib

Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiyada seçkiləri ləğv etməyə və ya tək Putinin namizədliyini irəli sürməyə çağırış edib.

Moderator.az xəbər verir ki, bu barədə Kadırov Rusiya diktatorunun doğum günü şərəfinə aksiyanın gedişində bəyan edib. Məlumatı Rusiyanın SİTA agentliyi yayıb.

“Mən indi, xüsusi hərbi əməliyyatın davam etdiyi zaman seçkilərdə hamımızın bir namizədimiz-Vladimir Vladimiroviç Putinin olacağı barədə yekdilliklə qərar qəbul etməyi təklif edirəm. Ya da seçkiləri müvəqqəti ləğv etmək lazımdır, çünki bizim bu gün ölkəmizi qoruya biləcək başqa adamımız yoxdur”, – Kadırov bəyan edib.

Eyni zamanda Kadırov, onun fikrincə, Putinin kimdən “ölkəni qorumalı” olduğunu dəqiqləşdirməyib.

“Xüsusi hərbi əməliyyatın keçirildyi dövrdə Rusiyada prezident seçkilərindən söhbət getməməlidir. Tamamilə aydındır ki, belə miqyaslı hadisədən bir çox dost olmayan ölkələr, o cümlədən kollektiv Qərb istifadə edəcək. Bizim bədxahlarımız dövlətin içərisində vəziyyəti laxlatmağa çalışacaq”, – Kadırov “Teleqram-kanal”ında yazıb.

Kreml bu təklifə hələlik münasibət bildirməyib. Rusiya Konstitusiyası hərbi vəziyyətin elan ediləcəyi təqdirdə seçkilərin ləğv edilməsi imkanını nəzərdə tutur.

Bu zaman Rusiya hakimiyyətinin Ukraynanın işğal edilmiş ərazilərində hərbi vəziyyət elan edilməsinə rəğmən, 2023-cü ilin sentyabr ayında üzdəniraq qanunverici məclislərin seçkiləri onsuz da keçirilib.

2020-ci ildə Konstitusiyaya edilən düzəlişlər Putinə daha iki altı illik müddətə öz namizədliyini verməyə imkan verir.

Hələlik, o, yenidən namizədliyini irəli sürəcəyi barədə rəsmən elan etməyib, lakin hakimiyyət dairələrində KİV-lərin həmsöhbətlərindən praktiki olaraq heç kim buna şübhə etmir.

Rusiya müxalifətinin mühacirətdə olan bir çox nümayəndələri həmçinin seçkilərdə mümkün strayegiyanı müzakirə edib.

Harri Kasparov və onun “Azad Rusiya Forumu”ndan olan tərəfdarları seçkiləri qeyri-legitim adlandıraraq onları boykot etməyə çağırış edib.

Maksim Kats Mixail Xodorkovski və Aleksey Navalnının tərəfdarlarına ümumi strategiya işləyib hazırlamağa çağırış edib. Korrupsiya ilə Mübarizə Fondu bəyan edib ki, özləri kimin namizədliyi irəli sürüləcəyi bəlli olduqdan sonra strstegiya işləyib hazırlayacaq.

Namizədlərin irəli sürülməsi və qeydiyyatı faktiki olaraq Kremlin əlindədir.

Rusiyanın müxtəlif regionlarında oktyabrın 7-də Putinin 71 illiyinə həsr edilmiş üzdəniraq “Xalq Cəbhəsi” tərəfindən təşkil olunmuş tədbirlər keçirilib.

Kreml məlumat verib ki, bir sıra əcnəbi liderlər onu təbrik edib. Qazaxıstan və Özbəkistan prezidentləri Rusiya prezidentini təbrik etmək üçün şəxsən Moskvaya gəlib. Hər üçü Rusiya qazının Qazaxıstan ərazisindən Özbəkistana tranzitinin işə salınması mərasimində iştirak edib.

Rusiyada prezident seçkiləri

Rusiyada prezident seçkiləri 2024-cü ildə baş tutmalıdır. Kreml məlumat verib ki, Putin  rəsmən öz namizədliyini irəli sürəcəyi barədə elan etməyib, lakin “rəqiblərini də görmür”.

Rus diktatoru yeni, altı illik mandat alacağı təqdirdə İosif Stalinin otuz illik hakimiyyətini də üstələməyə hazırdır.

Mənbə

Share: