İsrail hökumətinin etdiyi Azərbaycana vurulan zərbədir – Sabiq deputat

İsrail hökumətinin etdiyi Azərbaycana vurulan zərbədir – Sabiq deputat

İsrail hökumətinin qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qərar Azərbaycana arxadan vurulan zərbə kimi qiymətləndirilməlidir.

Millətin Səsi.az xəbər verir ki, bu sözləri sabiq deputat Etibar Əliyev bildirib. O qeyd edib ki, bu, instinktiv qərardır:

“İsrail – İran müharibəsində İsraili müdafiə mövzusunda xeyli məqalələr yazdıq. Mən məqalələrimdə yəhudi elmini göylərə qaldırmışam.

Mənim kitabxanamda 200-dən çox yəhudi alimin, yazıçının əsərləri var.

Biz hər zaman xolokostu pisləmişik. Ancaq hardan biləydik ki, siz identiklik krizisi yaşayırsınız.

1933-cü ilin may ayında Almaniyanın 20 universitetində yəhudilərin yazdıqları 10.000-dən çox kitab yandırıldı. Onda yəhudilərin almanlara elə bir pisliyi keçməmişdi.

Kitabların yandırılmasından sonra Xolokost gəldi. Bu soyqırımın qondarma erməni soyqırımı ilə heç bir aidiyyatı yoxdur. İdentiklik yoxdursa, yaramazlıq etməyin yeridirmi?

Ermənilər Xocalıda və bütün Qarabağımızda soyqırım törədiblər. Dünyanın gözü qarşısında baş verən erməni vəhşilikləri nəticəsində məruz qaldığımız soyqırım tanınmalıdır.

Sonuncu aldığım kitab indiki baş nazirin dədəsi Bension Netanyahunun bioqrafiyasıdır. Bension Netanyahu Amerika universitetlərinin birində işə düzəlmək üçün bu ölkəyə gəlir. Universitetin professor heyəti məsələ qaldırır ki, onun müəllimliyə yaralılığı yoxlanılsın. Benjaminin dədəsi etiraz edir:

“Mütəxəssisi yalnız mütəxəssis mühakimə edə bilər, yəhudini isə yalnız yəhudi”.

İsrail hökuməti bu addımı ilə dostluq imtahanından kəsildi”.

E.Əliyev sözügedın kitabı yandırmayacağını bildirib:

“Benison Netanyahunun tezisinin antitezisi isə budur: “İndi oğlunuzu hamı ittiham edə bilər.”

Zəruri qeyd: Mən Benjamin Netanyahunun dədəsinin kitabını yandırmayacam.

Söhhət bu kitaba 30 manat xərcləməyimdən getmir. Kitabı yandırmazlar”.

Share: