İsrail Müdafiə Qüvvələri (IDF) dünən gecədən etibarən şiə təşkilatının yaraqlılarının atəşkəsi dəfələrlə pozmasına cavab olaraq, Livanın cənubundakı Hizbullah hədəflərinə zərbələr endirib.
Millətin Səsi.az xəbər verir ki, bu barədə İsrailin Müdafiə Nazirliyi məlumat yayıb.
“Hizbullah terror təşkilatı tərəfindən atəşkəs rejiminin dəfələrlə pozulmasından sonra İDF gecə boyu zərbələr endirib və Livanın cənubunda bir neçə bölgədə Hizbullah terrorçularına və infrastruktur obyektlərinə zərbələr endirməkdə davam edir”.
Hökumətin fövqəladə hallar qərargahının TASS-a istinadən verdiyi məlumata görə, İsrailin Livanın cənubundakı Nəbatiyyə əyalətindəki Hizbullah qalalarına endirdiyi hava zərbələri nəticəsində azı 16 nəfər həlak olub.
Harufa endirilən hava hücumunda 8 mülki şəxs həlak olub.


