Kiyev Braziliya prezidentini vasitəçi kimi körmək istəyir

Kiyev Braziliya prezidentini  vasitəçi kimi körmək istəyir

Ukrayna hakimiyyəti Braziliya prezidenti Luiz İnasio Lula da Silvanın Rusiya ilə danışıqlarda vasitəçi kimi çıxış edə biləcəyinə ümid edir.

Millətin Səsi.az xəbər verir ki, bu barədə “UOL” xəbər agentliyi Braziliya hökumətindəki mənbələrə istinadən məlumay yayıb.

UOL-un məlumatına görə, Vladimir Zelenski Fransada keçirilən Yeddilik Qrupunun (G7) son sammiti çərçivəsində Braziliya lideri ilə görüş istəyib və Ukraynanın mövqeyini dövlət başçısına izah etməyə 40 dəqiqədən çox vaxt sərf edib.

Braziliya rəsmiləri hesab edir ki, Kiyev avropalı siyasətçilərdən fərqli olaraq Lula da Silvanın Rusiya prezidenti Vladimir Putinlə etimada əsaslanan münasibət saxlaması faktını rəhbər tutur.

KİV qeyd edir ki, hazırda iki prezident arasında telefon danışığı və ya şəxsi görüş planı yoxdur, lakin Rusiya və Braziliya liderləri sentyabrda Hindistanın paytaxtı Yeni Dehlidə keçirilməsi planlaşdırılan qarşıdan gələn BRİKS sammiti zamanı ikitərəfli danışıqlar apara bilərlər.

Share: