İstanbul hava limanında ruslar kütləvi şəkildə təyyarədən düşürüldü…-SƏBƏB?..

Ən azı 10 rusiyalı İstanbul-Buenos-Ayres reysindən heç bir izahat verilmədən çıxarılıb. 

 

Moderator.az “UNİAN”-a istinadla xəbər verir ki, bu barədə Rusiyanın ictimai “Baza” saytı məlumat yayıb.

 

“Türk Hava Yollarının reyslərindən çıxarılmasına mart ayından başlanılıb. Rusiyadan gələn sərnişinlər əlavə yoxlamalar aparıldığı üçün təyyarəyə buraxılmayıb. Rusların sözlərinə görə, İstanbul hava limanının müxtəlif şöbələrinə gedib, uçuşdan niyə çıxarıldıqlarını anlamağa çalışıblar, lakin  onlara aydın cavab verilməyib – bütün əməkdaşlar müxtəlif səbəblər söyləyiblər”, – deyə “pablik” (ictimai nəşr) bildiriir.

 

Sərnişinlərdən birinin verdiyi məlumata görə, o, həyat yoldaşı ilə uzun müddət səfərə hazırlaşıb və əlində bütün lazımi sənədlər olsa da, uça bilməyib. Qadının dediyinə görə, onlar avia-şirkətin bildirdiyi bütün şərtlərə və tələblərə əməl ediblər, lakin təyyarəyə minəndə Rusiya pasportunu görəndə cütlüyə sadəcə olaraq: “Siz uçmursunuz”- deyilib.

 

Rusların Argentina “ziyarəti”

 

“UNIAN”-ın yazdığına görə, Ukraynada genişmiqyaslı müharibənin başlaması və Qərbdə Rusiyaya və ruslara qarşı hər cür sanksiyaların tətbiqi ilə Argentinaya gedən Rusiya vətəndaşlarının axını xeyli artıb. Rus qadınlar oraya uşaq dünyaya gətirmək üçün gedirlər ki, onlar avtomatik olaraq yerli vətəndaşlıq alsınlar və bu da öz növbəsində valideynlərə Argentina pasportu üçün müraciət etmək hüququ verəcək. Onunla dünyanı gəzmək Rusiya pasportu ilə gəzməkdən daha asandır.

 

Keçən ilin əvvəlində Argentina hakimiyyəti rusların bu hücumu” ilə mübarizə aparmağa başlayıb və artıq payızda Argentina Rusiyaya çox mənfi münasibət bəsləyən yeni prezident seçdi.

 

S.Laçın

 

Mənbə

Share: