İstanbul terroruna görə daha 5 nəfər saxlanıldı 

Türkiyənin İstanbul şəhərində baş verən terror aktına görə “Hüsam” ləqəbli terrorçu daxil olmaqla daha 5 nəfər saxlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

 

Terror aktına görə saxlanılanların sayı 24 nəfərə çatıb.

 

 

Noyabrın 13-də İstiqlal prospektində baş verən terror aktı nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.

 

Akif İsmayılov 

Mənbə

Share: