İsveç PKK-nın Ərdoğana qarşı təxribatını PİSLƏDİ

İsveçin xarici işlər naziri Tobias Billström paytaxt Stokholmda PKK terror təşkilatının tərəfdarlarının Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı təxribatını pisləyib.

 

Modern.az xəbər verir ki, bu barədə nazirin yaydığı bəyanatda qeyd olunub.

 

O bildirib ki, İsveç hökuməti Türkiyənin reaksiyasını başa düşür.

 

“Türkiyə ilə əlaqələr İsveç üçün çox önəmlidir. Biz bu hadisələrə inanılmaz dərəcədə ciddi yanaşırıq. Demokratik yolla seçilmiş xarici liderin edamının səhnələşdirilməsi özlüyündə qınaq doğurur. Bundan əlavə, bu hadisəni törətməyə görə məsuliyyət daşıyan təşkilat açıq şəkildə bəyan edib ki, məqsədi İsveçin NATO-ya üzvlük müraciətini sabotaj etməkdir”, – deyə bəyanatda bildirilir.

 

Nazir deyib ki, belə hərəkətlər Rusiyanın işinə yarayır və ölkəni zəiflədir.

Mənbə

Share: