İsveç Ukraynaya panton körpülər göndərdi

İsveç Ukraynaya ponton keçidləri kimi istifadə edilə bilən 4 qayıq verib. Ukrayna həmçinin müxtəlif uzunluqlu keçidlərə birləşdirilə bilən 14 bölmə ponton alıb.

Bu barədə ölkənin İnfrastruktur Nazirliyindən bildirilib.

Artıq pantonlar Ukraynaya çatdırılıb.

Qeyd edək ki, müvəqqəti körpülər işğaldan azad edilmiş rayonlarla ölkənin qalan hissəsi arasında nəqliyyat əlaqələrini bərpa etmək üçün sürətli və effektiv üsuldur.

O da qeyd olunur ki, Ukraynaya İsveçdən başqa, Çexiya, Fransa və Norveç tərəfindən də müvəqqəti keçidlərin tikintisi üçün strukturlar verilib.

Nazirlik xatırladır ki, Rusiyanın Ukraynaya genişmiqyaslı təcavüzü başlayandan indiyədək ölkədə 153 körpü və yol ötürücüləri dağıdılıb. Artıq 80 müvəqqəti keçidlə körpülər bərpa olunub.

Xatırladaq ki, İsveç Ukraynaya 2A6 və 2A5 tipli 10 ədəd “Leopard” tankını təhvil verməyi planlaşdırır.

Bundan əlavə, İsveç Ukraynanı IRIS-T və “Hawk” hava hücumundan müdafiə sistemləri ilə təmin edəcək.

Mənbə

Share: