Qatar qəzasından sonra nazir istefa verdi 

Yunanıstanın mərkəzində 36 nəfərin ölümü ilə nəticələnən qatar qəzasından sonra ölkənin nəqliyyat naziri Kostas Karamanlis istefa verib. 

 

Modern.az xəbər verir ki, bu barədə onun özü məlumat yayıb.

 

“Mən bunu insanların xatirəsinə hörmətin minimal bir əlaməti kimi etməyi öz borcum hesab edirəm… və dövlətin və siyasi sistemin uzun müddətdir davam edən səhvlərinə görə məsuliyyəti öz üzərimə götürməyi öz borcum hesab edirəm”, – nazir deyib.

 

Qeyd edək ki, qəza nəticəsində 36 nəfər həlak olub, 85 nəfər yaralanıb.

Mənbə

Share: