![Kərbəlada qeyri-adi fırtına: Binalar çökdü](https://milletinsesi.az/wp-content/uploads/;https://cdn.axar.az/2018/04/18/qum-firtina.jpg)
İraqın cənub hissəsində qum fırtınası nəticəsində 5 nəfər ölüb, 80 nəfər yaralanıb.
Teleqraf.com xəbər verir ki, İraq Səhiyyə Nazirliyi Kərbəla və Nəcəfdə qum fırtınasının daha güclü olduğunu açıqlayıb.
Kərbəlada 4, Nəcəf şəhərində isə 1 nəfər ölüb.
Qum fırtınası səbəbindən bina və divarların çökməsi də qeydə alınıb.