Kəlbəcərdə avtomobil qəzası nəticəsində xəsarət alan kişi ölüb

Kəlbəcər rayonunda yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan Yasin Muxtar oğlu Heydərov ölüb.

 

“Report” xəbər verir ki, onun idarə etdiyi MAN markalı avtomobillə Kəlbəcər rayonu, Qamışlı kəndi ərazisində hərəkətdə olan zaman idarəetməni itirərək aşıb.

 

Qəza nəticəsində xəsarət alan sürücü Y.Heydərov xəstəxanaya yerləşdirilib. Daha sonra müalicə aldığı Gəncə Şəhər Mərkəzi Xəstəxanasında vəfat edib.

 

Xatırladaq ki, hadisə martın 2-də baş verib.

Mənbə

Share: