Kafur nədir?

Ətirli maddələrə aid edilən kafur elm aləmində kamfora kimi tanınır. Təbiətdə kamfora ağacından (Yaponiya, İndoneziya və Çində bitir) alınır, eləcə də, süni yollarla kimyəvi maddələrdən emal edilir.

Milletinsesi.az islam.az-a istinadən bildirir ki, tibbdə müalicə vasitəsi kimi müxtəlif sinir xəstəlikləri, narkotik zəhərlənmələr və müxtəlif iltihab prosesləri zamanı, tənəffüs və qan dövranının gücləndirilməsi, ürək əzələsində maddələr mübadiləsinin qüvvətləndırilməsi məqsədilə kamfora yağından və kamfora spirtindən istifadə olunur.

Şəriətdə cənazənin yuyulması zamanı kafur qarışdırılmış sudan istifadə edilir. Cəfəri məzhəbinə görə, cənaznəi mütləq əvvəlcə sidr qarışdırılmış su ilə, sonra kafur qarışdırılmış su ilə, axırda isə təmiz su ilə yumaq lazımdır. Əhli-sünnə məzhəblərində cənazəni sidr və kafurla yumaq fərz (vacib) deyil, üçüncü dəfədə suya kafur qarışdırmaq müstəhəb sayılır.

Share: