Keçmiş prezidentə qarşı daha bir cinayət işi açıldı

Moldovanın sabiq prezidenti İqor Dodona qarşı yeni cinayət işi açılıb.

 

Modern.az yerli mətbuata istinadən xəbər verir ki, sabiq prezident tibbi arayışın saxtalaşdırılmasında ittiham edilir.

 

Cinayət işində siyasətçidən başqa onun həyat yoldaşı Qalinanın da adı çəkilir. Prokurorlar Moldovanın keçmiş prezidenti, onun həyat yoldaşı və saxta tibbi sənəd təqdim edən həkimin şübhəli şəxs qismində tanınması və dindirilməsi barədə göstəriş verib.

 

Qeyd edək ki, 2022-ci il may ayının sonunda Dodon qanunsuz varlanmada, dövlətə xəyanətdə və cinayətkar qrup tərəfindən siyasi partiyanı maliyyələşdirməkdə şübhəli bilinərək hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs edilib. Daha sonra onun həbsi ev dustaqlığı ilə əvəz edilib.

 

Akif İsmayılov

Mənbə

Share: