Südlü qəhvə orqanizmə sağlamlaçdırıcı təsir göstərir: Danimarka alimlərinin yeni tədqiqatı…

“Danimarka alimlərinin yeni tədqiqatı sizi öz qəhvə fincanınıza bir qədər süd əlavə etməyə sövq edəcək…”

“Südlü qəhvə onun iltihab əleyhinə təsirini gücləndirir…”

 

Qəhvə dünyada ən populyar içkidir, ona görə də alimlər ona xüsusi maraq göstərir, getdikcə onun yeni-yeni faydalı xassələrini aşkar edir. Bununla yanaşı, əgər siz istisnasız olaraq qara qəhvə içməyə vərdiş etmisinizsə, o zaman Danimarka alimlərinin yeni tədqiqatı ilə tanış olun, mümkündür ki, bu, sizi öz fincanınıza bir qədər süd əlavə etməyə sövq edəcək.

Moderator.az xəbər verir ki, bu barədə “Medaqro” nəşri yazıb.

Biz qəhvənin, xüsusilə qara qəhvənin faydası haqqında çox eşitmişik, lakin yeni tədqiqat göstərib ki, südlü qəhvə onun iltihabəleyhinə təsirini gücləndirir. Kopenhagen Universitetinin “Journal of Agricultural and Food Chemistry” jurnalında dərc edilən tədqiqat göstərib ki, qəhvənin tərkibində olan antioksidantlar süd zülalları ilə birlikdə immun hüceyrələrin iltihabəleyhinə xassələrini iki dəfə gücləndirir.

Nədən bu, orqanizm üçün belə vacibdir?

Hər dəfə bakteriyalar, viruslar və digər yad maddələr orqanizmimizə daxil olanda immun sistemimiz leykositlər və müxtəlif kimyəvi maddələrdən istifadə edərək buna reaksiya verir, bu da iltihaba təhrik edir. Xroniki iltihabi proseslər diabet, ürək xəstəlikləri, revmatoid artrit və xərçəng riskini yüksəldir. İltihabın səbəbi həmçinin oksidləşdirici stres ola bilər, bunu da qəhvənin tərkibindəki çoxlu miqdarda olan polifenolların köməyi ilə azaltmaq olar. 

“Tədqiqatda göstərmişik ki, polifenol amin turşusu ilə reaksiyaya girdikdə onun immun hüceyrələrdə iltihaba təsiri güclənir, – bunu tədqiqat müəllifi, Kopenhagen Universitetinin qida elmləri kafedrasının professoru Marianna Lund deyir. – Aydındır ki, belə uzlaşma insanlarda iltihabı prosesə müsbət təsir edir. Biz əvvəlcə heyvanlar üzərində tədqiqatı davam etdirəcəyik. Bundan sonra ümid edirik ki, bu effekti insanlar üzərində də öyrənməyə imkan verən tədqiqatlar üçün maliyyələşmə əldə edəcəyik. 

Polifenolların zülallarla uzlaşmasının iltihabəleyhinə təsirini tədqiq etmək üçün alimlər immun sisteminin hüceyrələrində süni itihabı aktivləşdirib. Bu zaman hüceyrələrin bir hissəsi polifenollarla zülalların birgə dozasını alıb, digərləri isə yalnız eyni dozada polifenollar alıb. Nəticədə alimlər müəyyən edib ki, polifenolların zülalların uzlaşmasının iltihabəleyhinə təsiri polifenollarln özündən iki dəfə yüksəkdir. 

Kopenhagen Universitetinin əvvəlki tədqiqatları müəyyən edib ki, polifenollar süddə, ətdə və pivədə züllalarla birləşərək sağlamlığa əhəmiyyətli fayda verir. Yeni tədqiqat göstərib ki, bu proses həm də qəhvəni süd ilə istifadə etdikdə baş verir. 

“Bizim nəticələrimiz göstərir ki, polifenollarla zülallar arasında reaksiya bizim tədqiq etdiyimiz südlü qəhvə ilə baş verir. Əslində reaksiya o qədər tez baş verir ki, bizim indiyə qədər öyrəndiyimiz istənilən məhsullarda ondan yan keçmək çətin olub”, – professor Lund vurğulayıb.

Alimlərin sözlərinə görə, insanlar polifenolları belə miqdarda qəbul etmir. Bir çox tədqiqatçılar polifenolların orqanizm tərəfindən yaxşı mənimsənilməsi üçün zülali struktura inkapsulasiya edilməsini öyrənir. Bu strategiya əlavə üstünlüyə malikdir və bu, polifenolların iltihabəleyhinə təsirinin gücləndirilməsindədir.

Mənbə

Share: