Rusiyanın raket və dron hücumu qurbanları üçün Kiyev bölgəsində matəm elan edilib.
Millətin Səsi.az xəbər verir ki, bu barədə Kiyev Regional Dövlət Administrasiyasının rəhbəri Timur Tkaçenko Teleqramda məlumat verib.
O bildirib ki, matəmlə bağlı Kiyev bölgəsində Ukraynanın Dövlət bayrağı yarıyadək endiriləcək və əyləncə tədbirləri məhdudlaşdırılacaq.
Qeyd edək ki, Kiyev vilayətinə avqustun 5-i gecəsi edilən kütləvi raket və dron hücumu nəticəsində yaralıların sayı 44 nəfərə çatıb, 17 mülki şəxs həlak olub.


