Klublarımız rəqiblərini bu tarixlərdə öyrənəcəklər – Püşkatmaların vaxtı

2020/21 mövsümü üçün Avropa kuboklarında püşkatmaların vaxtı bəlli olub.

Qol.az UEFA-nın saytına istinadən xəbər verir ki, Azərbaycanın 4 klubu –  “Qarabağ” (Çempionlar Liqası), “Neftçi”, “Keşlə” və “Sumqayıt” (hamısı Avropa Liqası) rəqiblərini avqustun 9 və 10-da öyrənəcəklər.

Püşkatmaların tarixləri:

Çempionlar Liqasının püşkatmaları:

I seçmə mərhələ – 9 avqust
II seçmə mərhələ – 10 avqust
III seçmə mərhələ – 31 avqust
Pley-off mərhələsi – 1 sentyabr
Qup mərhələsi – 1 oktyabr

Avropa Liqasının püşkatmaları:

I seçmə mərhələ – 10 avqust
II seçmə mərhələ – 31 avqust
III seçmə mərhələ – 1 sentyabr
Play-off mərhələsi – 18 sentyabr
Qrup mərhələsi – 2 oktyabr

Qeyd edək ki, koronavrisu pandemiyası səbəbindən Çempionlar Liqasında təsnifat mərhələləri əvvəlkitək 2 yox, 1 (pley-off 2), Avropa Liqasında isə pley-off da daxil olmaqla bütün qrupa qədərki bütün mərhələlər 1 oyundan ibarət olacaq. Oyunların harada keçiriləcəyi püşklə müəyyənləşəcək.

Share: